"Facebook" və "Instagram"ın işində qlobal nasazlıq yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Meta" şirkətinə məxsus "Facebook" və "Instagram" sosial şəbəkələrinin işində Avropa və ABŞ-də genişmiqyaslı problemlər müşahidə olunur.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə internet xidmətlərində nasazlıqları izləyən "Downdetector" platformasının məlumatında bildirilib.
Məlumata görə, problemlər Bakı vaxtı ilə təxminən saat 16:02-də başlayıb.
Ən çox şikayət "Facebook" istifadəçilərindən daxil olub. Böyük Britaniyada 4 400-dən çox, İtaliyada 1 200-dən çox, Niderlandda isə 1 000-ə yaxın istifadəçi nasazlıq barədə məlumat verib. ABŞ, Fransa, Almaniya, Belçika, İspaniya və digər ölkələrdə də oxşar problemlər qeydə alınıb.
"Instagram" istifadəçiləri də Böyük Britaniya, İtaliya, Fransa, Niderland, Almaniya, ABŞ və digər ölkələrdə tətbiqin işində problemlərlə üzləşdiklərini bildiriblər.
"Downdetector"un məlumatına əsasən, istifadəçilərin əksəriyyəti mobil tətbiqin və veb-saytın işləməməsindən, hesaba girişdə çətinliklərdən, xəbər lentinin yüklənməməsindən və serverə qoşulma problemlərindən şikayət edirlər.
Oxşar xəbərlər
Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi
Şəkər əvəzediciləri adi şəkərdən daha sağlam alternativ hesab edilməməlidir. Mütəxəssislər həm şəkərin, həm də süni şirinləşdiricilərin həddindən artıq istifadə...