Ermənistanın hərbi büdcəsi azalacaq
"Ermənistan 2026-cı ildə müdafiə xərclərini azalda bilər".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.
O qeyd edib ki, 2026-cı ildə müdafiə xərcləri 2024-cü illə müqayisədə təbii artım nümayiş etdirəcək. "Biz 2026-cı ildə müdafiə xərclərini 2025-ci illə müqayisədə isə artırmağı deyil, əksinə, azaltmağı planlaşdırırıq", - baş nazir qeyd edib.
N.Paşinyan əlavə edib ki, Ermənistan 2024-cü ilin büdcəsi ilə müqayisədə 2025-ci ildə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb:
"Bu artım müəyyən təxirəsalınmaz ehtiyaclarla bağlı olub. Məsələn, biz 2030 və ya 2035-ci ildə ödəməli olduğumuz borcları və öhdəlikləri azaltmağı məqsədəuyğun hesab etdik", - o qeyd edib.
Qeyd edək ki, 2025-ci ildə Ermənistanın müdafiə xərcləri 20% artaraq 664 milyard dram (1,71 milyard dollar) təşkil edib.
Oxşar xəbərlər
Doğuş zamanı ölən 19 yaşlı Röyanın GÖRÜNTÜLƏRİ
Tərtərdə 19 yaşlı qadın dünyasını dəyişib. Hacıqərvənd kənd sakini Röya Allahverdiyeva Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı həyatını itirib. BAKU.WS Baku T...