Ermənistanda milli təhlükəsizlik strategiyasının hazırlanması üzrə komissiyanın ilk iclası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvanda Ermənistanın yeni milli təhlükəsizlik strategiyasının hazırlanması üzrə komissiyanın birinci iclası keçirilib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
İclas Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sədrliyi ilə baş tutub və hələlik yalnız texniki xarakter daşıyıb.
İşin daha səmərəli təşkili üçün qurumlarda işçi qrupların yaradılması qərara alınıb. Bundan başqa, komissiyanın iş reqlamenti də təsdiq edilib.
Baş nazir Nikol Paşinyan yanvarın 28-də milli təhlükəsizlik strategiyasındakı dəyişikliyi elan edib və fevralın 18-də işçi qrupun yaradılması barədə qərar imzalayıb.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...