Erməni nazir: "TRIPP ilk növbədə, təhlükəsizlik zəmanətidir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) ilk növbədə iqtisadi layihə deyil, təhlükəsizlik zəmanətidir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevork Papoyan bildirib.
"Ən böyük iqtisadi effekt dəmir yolu fəaliyyətinin bərpasından deyil, böyük bir ABŞ şirkətinin Ermənistana investisiyalar yatırmasından gələcək. Bu, Ermənistan üçün çox mühüm amildir", - deyə Papoyan hakim "Vətəndaş Müqaviləsi" partiyasının VII qurultayından sonra jurnalistlərə bildirib.
O, yaxın gələcəkdə ABŞ-də yerli tərəfdaşlarla müzakirələrin keçiriləcəyini, bundan sonra investisiyaların gəlməyə başlayacağını bildirib.
Nazir xatırladıb ki, 145 milyon dollar həcmindəki ilk tranş artıq Ermənistana çatıb.
"Bu layihə işləri və sərhəd infrastrukturu üçün ayrılan vəsaitdir. Biz növbəti tranşları müzakirə edəcəyik. Ermənistan özü bu investisiyaları həyata keçirə bilər, amma biz istəyirik ki, orada dünyanın ən qüdrətli dövlətləri mənfəət əldə etsinlər. Bu, təhlükəsizliyi təmin edəcək", - deyə Papoyan qeyd edib.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...