Əhalinin DİQQƏTİNƏ! Bu ərazilərdə qaz OLMAYACAQ
Bu gündən Bakının Yasamal rayonunun, sabahdan isə Xəzər rayonunun bəzi ərazilərinin təbii qazla təchizatında müvəqqəti fasilə olacaq.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, Yasamal rayonunun Tbilisi prospektində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə bu gün saat 23:00-dan etibarən işlər yekunlaşana qədər qaz təchizatı dayandırılacaq. Təmir-bərpa işləri aparılan müddətdə prospektin bir hissəsinin, "Şakir" MTK-nın, 1-ci Alatava ərazisinin bir hissəsinin, Diaqnostika, Aztelecom, Azercell, N.Tusi klinikası ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Sabah isə saat 10:00-dan etibarən Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Mayak bağları ərazisində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Şüvəlan qəsəbəsinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Oxşar xəbərlər
2026-cı ildə ən çox bəxti gətirməyəcək bürc açıqlanıb
Astroloqlar xəbərdarlıq edirlər ki, 2026-cı il Əqrəblər üçün ciddi sınaqlar ili olacaq. Mütəxəssislərin proqnozlarına görə, bu bürcün nümayəndələri emosional v...