Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan olunub

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan olunub
Video
Digər 159

Dövlət Sərhəd Xidməti Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edib.

Bu barədə BAKU.WS-ə Xidmətdən məlumat verilib.

Bildirilib ki, qəbul "Sərhəd təhlükəsizliyi və idarəetmə" ali təhsil ixtisası üzrə aparılacaqdır.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

ərizə;

anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);

tərcümeyi-hal;

özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;

attestatınnotariat orqanları tərəfindən təsdiq edilmiş surətivə ya attestat alınanadəknamizədin orta məktəbin 11-cisinfində oxuması haqqındaarayış;

orta-ixtisastəhsili(əgər varsa)haqqındasənədin notariatorqanları tərəfindən təsdiq edilmiş surəti;

yaşayış yerindən arayış;

doğum haqqında şəhadətnamənin surəti;

valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;

4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).

Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

Hərbi xidmətdə olmayanlar üçün -

2025-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.

Hərbi xidmətdə olanlar üçün -

DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.

Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti - 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.

Son xəbərlər