Diabet və ürək xəstələrinin yeyə biləcəyi qeyri-adi məhsulun adı açıqlanıb

Balqabaq toxumları aşağı glisemik indeksə malikdir (təxminən 25), buna görə də diabet xəstələri tərəfindən istehlak edilə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "News.ru"ya açıqlamasında bioloq İrina Lyalinaya bildirib.

Mütəxəssis qeyd edib ki, bu məhsulun tərkibində ürək-damar sisteminin sağlamlığını qoruyan və maddələr mübadiləsini yaxşılaşdıran çoxlu miqdarda lif, maqnezium, sink, B vitaminləri və antioksidantlar var.
Bundan əlavə, Lyalina görə, balqabaq toxumları özündə çoxlu doymamış yağ turşuları ehtiva edir.
Məhz bu səbəblərə görə bioloq bu məhsulu 3-4 yaşından uşaqlara verməyi tövsiyə edir.
"Balqabaq tumunu bir çay qaşığı ölçüsü ilə yeməyə başlamalısınız", - deyə mütəxəssis xəbərdarlıq edib.
Günəbaxan toxumu isə həm də ürək-damar və sinir sistemini gücləndirməyə, yaşlı insanlarda bağırsaq funksiyasını yaxşılaşdırmağa kömək edir.
Oxşar xəbərlər
Valideynlərin NƏZƏRİNƏ! Ağır bel çantaları şagirdlərdə bu fəsadlara yol aça bilər
Tədris mövsümü zamanı gündəmə gələn aktual problemlərdən biri də ağır bel çantalarıdır. Bunların gündəlik istifadəsi uşaqların səhhətində bəzi problemlərə yol a...
