"DədəBaba" qrupunun albom təqdimatı olub - VİDEO

DədəBaba qrupunun albom təqdimatı olub - VİDEO
Foto Video
Digər 5
Dünən Azərbaycanın satirik rok qrupu "DədəBaba" "Buyurun, keçin, baxın" adlı ilk albomunun təqdimatını keçirib.BAKU.WS xəbər verir ki, 3 ildir fəaliyyət göstərən qrup sosial problemlərlə bağlı satirik mahnılar bəstələyir. Qrupun vokalisti Orxan Musayev, gitarada Hafiz Baxışlı, zərb alətlərində isə Əli Nəsib ifa edir.Təqdimat zamanı sualları cavablandıran qrup üzvləri bildirib ki, "Buyurun, keçin, baxın" albomu 3 ilik əziyyətin bəhrəsidir və alboma 15 mahnı daxil edilib:"Mahnılar 2-3 ay ərzində yazılsa da, albom 3 il ərzində ərsəyə gəlib. Albomda 15 bəstə və illustrasiya var". Qrupun vokalisti və mahnı sözlərini yazan Orxan Musayev alboma daxil olan musiqilərlə cəmiyyəti narahat edən sosial prolemə toxunduqlarını və albomda 15 fərqli sosial problemin qabardıldığını bildirib. Qrup üzvləri albomun ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə "Promix" şirkətinə təşəkkürünü bildirib. "DədəBaba" bölgələrdə də konsert verməyi düşünür və bu yaxınlarda Gəncə şəhərində keçiriləcək rok festivalda konsert proqramı ilə çıxış edəcək. Təqdimat zamanı qrup artıq ikinci albomu üçün də bəstə etdiklərini və bu dəfə dinləyicisini çox gözlətməyəcəklərini qeyd edib. Təqdimatdan sonra qrup konsert çıxışı ilə dinləyicilərini sevindirdi. Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim, dünya heç kimin" mahnısını fərqli tərzdə ifa edib, gənclərə sevdirən "DədəBaba" bu dəfə mahnını ifaçının özü ilə birgə oxudu. Duet dinləyicilər tərəfindən çox maraqla qarşılandı.Lalə Ramizqızı

Son xəbərlər