Çiyələyi günün hansı saatlarında yemək təhlükəsizdir?

Endokrinoloq Zuxra Pavlova bildirib ki, çiyələk tərkibində sadə karbohidratlar – qlükoza və fruktoza çox olduğu üçün onu günün birinci yarısında yemək daha məqsədəuyğundur.
"Giləmeyvələri səhər və günorta saatlarında, əsas yeməkdən sonra desert kimi qəbul etmək tövsiyə olunur. Axşam saatlarında isə çiyələk və digər mövsümi meyvələrdən imtina etmək məsləhətdir. Bu, gecə insulin səviyyəsinin artmasının qarşısını almaq üçündür", – deyə mütəxəssis "Komsomolskaya pravda"ya açıqlamasında deyib.
BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, qidalanma üzrə digər mütəxəssis Yelena Solomatina isə "İzvestiya" qəzetinə bildirib ki, parlaq və qoxusuz çiyələk kimyəvi maddələrlə işlənmiş ola bilər və bu, alıcılar üçün siqnal olmalıdır.
Zuxra Pavlovanın sözlərinə görə, gündə 150–200 qram, yəni təxminən 5–6 iri və ya 7–8 kiçik çiyələk yemək kifayətdir. Əgər çiyələk ara yemək (snək) kimi qəbul olunursa, onu mütləq zülallı məhsullarla birlikdə yemək lazımdır. Məsələn, yoqurt, kəsmik və ya bir parça pendir uyğun ola bilər.
Qidalanma üzrə başqa bir mütəxəssis, nutrisoloq Yekaterina Guzman isə "Gazeta.ru"ya açıqlamasında qeyd edib ki, çiyələk faydalı xüsusiyyətlərinə baxmayaraq, allergiya yarada bilən ən yayılmış məhsullardan biridir. Bundan əlavə, bu giləmeyvə həzm sistemi və böyrəklərlə bağlı problemlərə səbəb ola bilər.
Oxşar xəbərlər
Siçanlar üzərində sınaqdan keçirilən "qocalıq əleyhinə kokteyl" ömrü 30 faiz artırıb
Avropalı alimlərin siçanlar üzərində apardığı yeni araşdırma qocalıqla mübarizədə ümidverici nəticələr göstərib. BAKU.WS xəbər verir ki, Almaniyanın Max Planck...
