Çində ömrü 150 ilə qədər uzatmaq üçün həblər hazırlanır
Çində ömrün uzunluğunu artırmağa yönəlmiş texnologiyaların inkişafı ilə məşğul olan "Lonvi Biosciences" laboratoriyası fəaliyyət göstərir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, "Lonvi Biosciences" uzunömürlülük tibbi sahəsində ixtisaslaşmış bir startapdır. Bu laboratoriya Çinin cənub hissəsində - Şençjen şəhərində yerləşir. Şirkət yaşlanma proseslərini yavaşladan innovativ həblər yaradıb. Onların əsasını üzüm çəyirdəklərindən alınan ekstraktdan əldə edilən birləşmə təşkil edir.
Şirkətin fəaliyyətinin əsasını Şanxaydan olan alimlər qrupunun dərc etdiyi elmi araşdırmalar təşkil edir. Bu araşdırmalar zamanı müəyyən edilib ki, üzüm çəyirdəklərindən alınan prosianidin C1 (PCC1) siçanların ömür müddətini 9.4% artıra bilər və tətbiq edildikdən sonra onların həyatını əhəmiyyətli dərəcədə - 64.2% uzadır.
"150 yaşa çatmaq tamamilə əldə edilə bilən bir hədəfdir. Bir neçə il ərzində bu reallığa çevriləcək", - şirkətin texniki direktoru Lyu Tsinhua bildirib.
Oxşar xəbərlər
Kəngərli sakinlərindən duyğulandıran sözlər: "Bu torpağın hər qarışında şəhid qanı var"
Vətən müharibəsində qazanılan şanlı Zəfərin beşinci ildönümü işğaldan azad edilmiş Ağdam rayonunun Kəngərli kəndində böyük ruh yüksəkliyi ilə qeyd edilib. Kənd...