Bu ədviyyatlar xərçəngin qarşısını ala bilər – alimlərdən mühüm xəbərdarlıq

Bu ədviyyatlar xərçəngin qarşısını ala bilər – alimlərdən mühüm xəbərdarlıq
Digər 99

Bəzi təbii ədviyyatlar tərkibindəki güclü antioksidant və iltihabəleyhinə maddələr sayəsində xərçəngin yaranma riskini azalda bilər. Bu ədviyyatlar həm immun sistemini gücləndirir, həm də orqanizmdə zərərli hüceyrələrin yayılmasının qarşısını almağa kömək edir.

BAKU.WS xəbər verir ki, alimlərin araşdırmalarına görə, xüsusilə aşağıdakı ədviyyatlar xərçəngə qarşı qoruyucu təsirə malikdir.

Zərdəçal tozu güclü iltihabəleyhinə təsiri ilə tanınır. Araşdırmalara görə, xərçəng hüceyrələrinin böyüməsini yavaşlada və onların yayılmasının qarşısını ala bilər.

Zəncəfil isə antioksidantlarla zəngindir. Mədə-bağırsaq xərçəngi, döş və prostat xərçəngi riskini azalda bilər. Həmçinin immun sistemini gücləndirir.

Yeməklərdə də tez-tez istifadə olunan qara istiot piperin maddəsi sayəsində bədxassəli hüceyrələrin inkişafını ləngidə bilər. Zərdəçalla birlikdə qəbul edildikdə təsiri daha da güclənir.

Darçının həm tozu, həm də çubuğu şəkər səviyyəsini tənzimləməklə yanaşı, xərçəngə qarşı da qoruyucu təsir göstərir. Xüsusilə süd vəzi xərçənginə qarşı faydalı ola bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu ədviyyatlar möcüzəvi dərman deyil və xərçəngi tamamilə müalicə etmir. Lakin balanslı qidalanma və sağlam həyat tərzi ilə birlikdə istifadə olunduqda, xərçəng riskini azaltmaqda əhəmiyyətli rol oynaya bilər.

Son xəbərlər