Bitkoin 3 %-ə yaxın ucuzlaşıb
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 104 min ABŞ dollarından aşağı düşüb.
"Report" xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 2,9 % ucuzlaşaraq 103,581 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 2 trilyon 53 milyard ABŞ dolları həddinə enib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan "Ethereum"un qiyməti isə son bir sutkada 2,34 % azalaraq 3,856 min ABŞ dolları olub.
İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən isə "XRP"dir (7,02 % azalıb).
Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 3,21 % azalaraq 3,62 trilyon ABŞ dollarına düşüb.
Oxşar xəbərlər
Yeni ili daha xoşbəxt qarşılayacaq bürclər
Yeni ilin yaxınlaşması ilə insanların gələcək dövrlə bağlı gözləntiləri də artır. Astroloji şərhlərə görə, bəzi bürclər yeni ildə həyatlarında mühüm dəyişiklik...