Bel və boyun ağrıları olanların DİQQƏTİNƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Mütəxəssislər bildirirlər ki, bel və boyun ağrıları yalnız soyuq havanın təsirindən deyil, həm də emosional gərginlik və stressdən qaynaqlana bilər. Əsəb və narahatlıq halında əzələ gərginliyinin artması, sinir sistemindəki dəyişikliklər bu cür ağrıların yaranmasına şərait yaradır.
BAKU.WS xəbər verir ki, həkim-nevropatoloqlar qeyd edir ki, stress zamanı bədənin avtomatik reaksiyası olaraq əzələlər sıxılır. Bu proses uzun müddət davam etdikdə xüsusilə boyun və bel nahiyəsində ağrılara səbəb ola bilər.
Bundan başqa, emosional yüklənmə qanın dövranına və sinir sisteminin fəaliyyətinə mənfi təsir göstərir. Bu da əzələlərdə oksigen çatışmazlığına və ağrı hissinin artmasına gətirib çıxarır.
Bel və boyun ağrılarından necə qorunmalı?
Mütəmadi olaraq hərəkət edin: Oturaq iş rejimində çalışanlar tez-tez duraraq sadə hərəkətlər etməlidirlər.
Stressi idarə etməyi öyrənin: Meditasiya, nəfəs alma texnikaları və ya psixoloji dəstək əsəbiliklə mübarizədə köməkçi ola bilər.
Düzgün qidalanma: Bədəndə zəruri qida maddələrinin çatışmazlığı da əzələ zəifliyinə səbəb ola bilər.
Soyuq havada qorunun: Soyuq havanın təsiri əzələləri daha həssas hala gətirə bilər.
Unutmayın ki, bel və boyun ağrıları uzun müddət davam edərsə, mütləq həkimə müraciət edin. Vaxtında qoyulan diaqnoz və düzgün müalicə bu narahatlıqlardan qurtulmağa kömək edəcək.
Oxşar xəbərlər
Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub"
Forum əvvəlkildən nisbətən daha geniş proqramla çıxış edib; 4 əsas dialoq və bir neçə plenar, panel sessiyaları olmaqla cəmi 26 müxtəlif səpkidə tədbirin keçiri...