BDYPİ dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
İdarədən BAKU.WS-ə verilən məlumata görə, yağıntılı və dumanlı hava ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
"Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Sürücülərdən dumanlı havada sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir", - xəbərdarlıqda qeyd olunub.
Oxşar xəbərlər
Qvadelupa adasında insident: Avtomobili Milad yarmarkasına yığışan insanların üzərinə sürdülər
Fransanın dənizaşırı bölgəsi olan Qvadelupa adasının Sent-Ann şəhərində sürücü avtomobili Milad bazarında izdihamın üzərinə sürüb. BAKU.WS Oxu.Az-a istinadən xə...