BBC-nin məqaləsinə görə Gürcüstan DTX araşdırma başlatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) BBC telekanalının etirazçılara qarşı kimyəvi silah istifadəsi iddiası ilə bağlı reportajından sonra araşdırmaya başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə DTX-dən açıqlama verilib.
Qeyd edək ki, bundan əvvəl BBC Gürcüstan hökumətinin 2024-cü ildə etirazçılara qarşı Birinci Dünya Müharibəsindən qalan kimyəvi silahlardan istifadə etdiyi barədə reportaj dərc etmişdi.
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyası korporasiyanı yalan məlumat yaymaqda günahlandırıb və ona qarşı beynəlxalq məhkəmələrdə iddia qaldıracağını açıqlayıb.
Oxşar xəbərlər
2027-ci il "Alovlu Keçi" ili olacaq: Bizi nələr gözləyir? - Maraqlı PROQNOZLAR
2027-ci il Şərq təqviminə görə "Alovlu keçi" ili olacaq. Astroloji yozumlarda bu dövr harmoniya, yaradıcılıq, ailə dəyərləri və münasibətlərə daha çox diqqət ay...