Baydenin TikTok qadağasını tətbiq etməyəcəyi iddia edilir

Baydenin TikTok qadağasını tətbiq etməyəcəyi iddia edilir
Digər 28

ABŞ Prezidenti Co Baydenin Çin mənşəli sosial media platforması TikTok-un qadağan edilməsi ilə bağlı qərarı həyata keçirməyəcəyi iddia olunub.

BAKU.WS xəbər verir ki, bu barədə trt haber məlumat yqyıb.

ABŞ mediasının məlumatına görə, TikTok-a 2025-ci il yanvarın 19-dək Çin şirkəti ByteDance ilə əlaqələrini tamamilə kəsmək üçün vaxt verən Bayden administrasiyasının bu qərarı dəyişəcəyi ehtimal olunur. Media orqanları Baydenin TikTok-u qadağan etmək məsələsini yeni seçilən prezident Donald Trampa həvalə edəcəyini yazıb. Ağ Ev isə bu iddialarla bağlı açıqlama verməyib.

2024-cü ildə ABŞ rəhbərliyi TikTok-un istifadəçi məlumatlarını Çin hökumətinə ötürməkdə ittiham edərək ya platformanın ABŞ şirkətinə satılmasını, ya da qadağan olunmasını tələb etmişdi. Bu qərarın hüquqi əsasını təmin edən qanun layihəsi Konqresdən sonra Senatda qəbul edilmiş və Bayden tərəfindən imzalanmışdı.

TikTok-a ByteDance ilə əlaqələrini tamamilə kəsmək üçün 2025-ci il yanvarın 19-dək vaxt verilmiş, əks halda platformanın ABŞ-də qadağan ediləcəyi bildirilmişdi. 170 milyon istifadəçisi olan TikTok bu qərarın ifadə azadlığı və açıq internet prinsiplərinə zidd olduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdi. Lakin Temyiz Məhkəməsi TikTok-un qadağan edilməsinə hüquqi əsas verən qanunun lehinə qərar qəbul etmişdi.

Son xəbərlər