BAKU.WS-in "İnstagram" səhifəsi 3 gün sonra yenidən sizinlədir
BAKU.WS-in "İnstagram" səhifəsində yaranmış texniki problem 3 gün sonra aradan qaldırıldı.
Səhifədə paylaşımların olmadığını görən və bundan narahat olaraq bizə yazan bütün izləyicilərimizə dəstək olduqlarına görə təşəkkür edirik.
Gündəmin ən maraqlı xəbərlərini, operativ və dəqiq şəkildə çatdırmaq üçün yenidən sizinləyik!
Qeyd edək ki, BAKU.WS Azərbaycanın "Instagram" seqmentində öz sözünü demiş, ən oxunaqlı və etibarlı səhifə adını qazanıb. BAKU.WS-in "Instagram" səhifəsinin izləyicilərinin sayı artaraq 1,3 milyonu ötüb. Səhifənin ay ərzində paylaşımları 200 milyona yaxın baxış toplayıb. Postlar cəmi 1 ay ərzində 3,4 milyon unikal istifadəçisiyə çatıb. Ay ərzində 2,4 milyon izləyici səhifəmizi ziyarət edərək xəbərləri izləyir. Bu rəqəmlər "Instagram"da BAKU.WS xəbər səhifəsinə olan inamın və etibarın göstəricisidir.
Oxşar xəbərlər
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir. BAKU.WS xəbər verir ki, od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəl...