Bakıda pulsuz çimərliklər yaradılır – ÜNVANLAR - FOTO

26
iyl
2019
10:01
Paytaxtda ictimai çimərliklərin yaradılması istiqamətində işlər aparılır.Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov BAKU.WS-ə bildirib.Verilən məlumata görə, Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanıb.İlkin mərhələdə bu çimərliklər Səbail rayonu “Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq.Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.
Qalereya
Oxşar xəbərlər
Bakı meriyası hərəkətə keçdi - Köşklər və iaşə obyektləri yoxlanılır – FOTO
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin estetik gözəlliyinin artırılması və mövcud olan ictimai iaşə obyektləri, köşklər, ticarət və digər mərkəzlərdə la...
