Azərbaycanda yuxu labaratoriyası yaradılır
Dövlət xəstəxanasında yuxu labaratoriyası yaradılır.
Xezerxeber.az xəbər verir ki, belə laboratoriyalarda - xüsusi otaqda bir gecə videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində bütün fizioloji funksiyaları monitorinq edilir.
Dövlət tibb müəssisələri arasında ilk belə yuxu laboratoriyası Respublika Klinik Xəstəxanasında yaradılacaq. Ancaq ölkədə ilk və yeganə yuxu labaratoriyası 2010-cu ildən özəl xəstəxanalardan birində yaradılıb.
Həmin labaratoriyanın məsul həkimi, kardioloq Yusif Nağıyev deyir ki, son zamanlar müraciət edənlərin sayında artım var.
Kardioloq deyir ki, yuxu laboratoriyasındakı videomüşahidədən sonra pasiyentin beyin potensialı, qanda oksigen təminatı, tənəffüsü, xoruldama, əzələ tonusu, gözün hərəkəti, ürəyin fəaliyyəti, nəbzin diaqnostikası və s. kimi təhlillər aparılır.
Mütəxəsiss onu da bildirdi ki, TƏBIB-in resursları hesabına belə labaratoriyanın yaradılması təqdirəlayiqdir.
Əgər yuxu testi icbari tibbi sığortaya daxil edilsə, bu yolla ilkin səviyyədə xəstəlikləri aşkarlamaq mümkün olacaq.
Oxşar xəbərlər
Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarından (QHT) birinin rəhbərini casusluq ittihamı ilə həbs edib. B...