Azərbaycan radioları keçmişdən bu günə: Nə dəyişdi?

Azərbaycan radioları keçmişdən bu günə: Nə dəyişdi?
Video
Digər 68

Noyabrın 6-da Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir.

Baku TV bu münasibətlə radionun görünməyən qəhrəmanları haqqında reportaj hazırlayıb.

Qeyd edilib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə bir neçə radiokanal yarandı. FM dalğasında yayımlanan kanallar musiqi, əyləncə xəbər və s. məzmunlu verilişlərlə, sözün əsl mənasında, insanların nəbzini tuturdular.

"Hər evdən, avtomobildən yeni yaranan müstəqil radioların "jingle"ları eşidilirdi. Radio aparıcıları populyarlaşmışdılar. Hər bir gənc radioda aparıcı olmaq arzusunda idi. Belə bir bir zamanda ulduzu parlayan aparıcıların həyatı 180 dərəcə dəyişmişdi. Hər kəs o yerdə - səs gələn tərəfdə olmaq isəyirdi", - deyə reportajda həmin günlər yada salınıb.

"Dinləyicilər xəyallarında xanım aparıcıları hündürboylu, qarasaçlı təsəvvür edirlər", - bunu "Planet FM"in baş meneceri Nigar Məmmədova söyləyib və radionun onun üçün həyəcan demək olduğunu vurğulayıb.

"18 illik təcrübəmin 16 ili aparıcılıqla bağlıdır. Mən hər efirdə ilk gündəki qədər həyəcanlanıram. Radioda ilk dəfə öz səsini eşidəndə fərqində olursan ki, onu səndən başqa eşidənlər də var", - deyə N.Məmmədova sözlərinə əlavə edib.

Musiqi və Proqram Departamentinin rəhbəri Baba Hacıyev isə bildirib ki, doğru musiqi seçimi digər radiolarla rəqabət aparmağa kömək edir:

"Planet FM-də milli musiqilərlə yanaşı, heç yerdə səslənməyən süni intellektlə hazırlanmış mahnılar efirimizə rəng qatır".

Daha ətraflı süjetdə:

Oxşar xəbərlər

Məşhəddə etirazçılar 15 avtobusu yandırıblar

Məşhəddə etirazçılar 15 avtobusu yandırıblar

İranın Məşhəd şəhərində 15 avtobus yandırılıb, hər avtobus orta hesabla 18 milyard rial, təxminən 18 min dollar dəyərindədir. BAKU.WS "Report"a istinadən xəbər...

89 Digər 21:44 10 yanvar 2026

Son xəbərlər