AZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC (AZAL) iyunun 15-dən Bakıdan Türkiyənin Adana və Mersin şəhərləri arasında yerləşən Çukurova Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirəcək.
BAKU.WS AZAL-a istinadən xəbər verir ki, bu marşrut üzrə uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni reys sərnişinlərə həm Adana, həm də qonşu Mersin şəhərinə və digər ətraf bölgələrə rahat səyahət imkanı yaradacaq.
Adana və Mersin Türkiyənin böyük şəhərləri sırasındadır və turistlər üçün cəlbedici məkanlardır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
Oxşar xəbərlər
Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi
Şəkər əvəzediciləri adi şəkərdən daha sağlam alternativ hesab edilməməlidir. Mütəxəssislər həm şəkərin, həm də süni şirinləşdiricilərin həddindən artıq istifadə...