AZAL Maldivlərə birbaşa uçuşları bərpa edir
29
avq
2025
20:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC (AZAL) oktyabrın 27-dən etibarən Maldiv adalarına birbaşa uçuşları bərpa edəcək.
BAKU.WS bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, uçuşlar Bakı–Male istiqamətində həftədə 3 dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Biletləri AZAL-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə bron etmək mümkündür.
Xatırladaq ki, AZAL ilk dəfə 9 noyabr 2024-cü ildə Male şəhərinə birbaşa uçuşlara başlayıb.
AZAL Maldiv adaları "Azərbaycan Hava Yolları" QSC
Oxşar xəbərlər
Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub"
Forum əvvəlkildən nisbətən daha geniş proqramla çıxış edib; 4 əsas dialoq və bir neçə plenar, panel sessiyaları olmaqla cəmi 26 müxtəlif səpkidə tədbirin keçiri...