Çingiz Mustafayevin doğum günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.
BAKU.WS xatırladır ki, Milli Qəhrəman 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub.
1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib.
Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura Çingiz Mustafayevi 215 kl studiyasını yaratmağa təşviq edib.
Onun reportajları əsasən cəbhədən olduğuna görə, 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul ediblər.
Ç.Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi kadrlarla tanıyıb.
O, 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. Bu, həm də onun öləndən sonra da yaşayacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.
Oxşar xəbərlər
Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür
Süni intellekt (Sİ) alimlərin onilliklərdir üzərində çalışdığı bir sıra mürəkkəb riyazi məsələləri həll edib. Lakin tədqiqatçılar hələ də bu həllərin necə əldə...