Axtarışlar zamanı Yermakın telefon və notbukları götürülüb
Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu əməkdaşları axtarışlar zamanı ölkə prezidenti ofisinin keçmiş rəhbəri Andrey Yermakdan bir neçə telefon və notbuk götürüblər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat verib.
Qeyd edilir ki, götürülən elektron texnikanın içindəkilər müstəntiqlər tərəfindən diqqətlə öyrənilir. Axtarışlar korrupsiya qalmaqalı çərçivəsində aparılıb.
Xatırladaq ki, Yermak tutduğu vəzifədən istefa verib. Ukrayna lideri Volodimir Zelenski onun istefa ərizəsini qəbul edib.
Oxşar xəbərlər
Göyçayda evlərdən 24 min manat oğurlanıb
Göyçayda evlərdən 24 min manat oğurlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 mi...