Avropa Komissiyası "Meta" və "TikTok"u ittiham etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Komissiyası (AK) "Meta" və "TikTok"un Avropa Şurasının (AŞ) rəqəmsal normalarını pozduğuna dair ilkin qərar verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə AK-nın yaydığı açıqlamada bildirilib.
Məlumata görə, AK tərəfindən aparılan araşdırmalarının bir hissəsi olan bu qərar ilkin xarakter daşıyır və cərimələrin tətbiqinə gətirib çıxarmır, lakin şirkətlər AK-nın ittihamlarını üzərilərindən götürmək üçün tədbirlər görməlidirlər.
Komissiya hər iki şirkəti AŞ-nin Rəqəmsal Xidmətlər Qanununun tələb etdiyi kimi, "şəffaflığın təmin edilməsi" bəhanəsi ilə "Avropa müstəqil tədqiqatçılarının özünün daxili məlumatlarına girişini məhdudlaşdırmaqda" günahlandırıb. Bundan əlavə, AK "Meta" alqoritmlərindən də narazıdır ki, bu alqoritmlərin şirkət tərəfindən idarə olunan sosial media platformalarının istifadəçilərinə AŞ-də qadağan olunmuş məzmunun etiketlənməsi və silinməsi tələbləri üçün kifayət qədər alətlər təqdim etmədiyi iddia olunur.
Əgər internet şirkətləri AK-nı qane edən tədbirlər görməsələr, onlar öz illik mənfəətlərinin 10%-dək cərimə ödəməli olacaqlar.
Oxşar xəbərlər
Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi
Şəkər əvəzediciləri adi şəkərdən daha sağlam alternativ hesab edilməməlidir. Mütəxəssislər həm şəkərin, həm də süni şirinləşdiricilərin həddindən artıq istifadə...