"AnewZ" TV-nin hazırladığı "The oligarch's design" sənədli filminin rəsmi nümayişi olub
"AnewZ" TV-nin araşdırma seriyasından olan "The oligarch's design" sənədli filminin rəsmi nümayişi keçirilib.
BAKU.WS xəbər verir ki, nümayişdə deputatlar, media rəhbərləri və ictimai-siyasi şəxslər iştirak ediblər.
"The Oligarch's Design" sənədli filmi açıq mənbə məlumatlarına və milyardlarla dolların ofşor strukturlar vasitəsilə hərəkət etdirildiyi "Troika Laundromat" maliyyə şəbəkəsini aşkar edən beynəlxalq tədqiqatlara əsaslanır.
Sənədli filmin əsas xətlərindən birini Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı bəyanatları, bundan sonra regiona köçməsi və qondarma separatçı rejimdə vəzifə tutması ilə əlaqədar hadisələrin xronologiyası təşkil edir.
Filmdə həmçinin "Aurora Foundation" mövzusuna da toxunulub. Uzun illər ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslərin iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr aparılıb.
Qalereya
Oxşar xəbərlər
Şaxta Babaya inanmaq uşağa zərər verirmi?
Şaxta Babaya inanmaq uşağın psixikasına mənfi təsir göstərmir. Əksinə, əgər böyüklər bu inancı səmimi və qayğı ilə dəstəkləyirlərsə, o, uşağın emosional və idra...