Alimlər hansı yağların xərçəngdən ölüm riskini azaltdığını açıqlayıblar

Alimlər belə nəticəyə gəliblər ki, soya, kanola və zeytun yağlarının istehlakı xərçəng və ürək-damar xəstəliklərindən ölüm riskini azalda bilər, kərə yağı isə əksinə bu riski artırır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat zamanı elm adamları 30 il ərzində 200 min yetkin könüllünün sağlamlığını izləyib, onların qidalanmasına və həm bitki, həm də heyvan mənşəli müxtəlif növ yağların istehlakına xüsusi diqqət yetiriblər.
Məlumatların təhlili, ən çox kərə yağı istehlak edən iştirakçıların ən az istehlak edənlərlə müqayisədə erkən ölüm riskinin 15 faiz daha çox olduğunu göstərib. Eyni zamanda bitki yağları erkən ölüm ehtimalını 16 faiz azaldıb. Soya, kanola və zeytun yağları ürək-damar sisteminə müsbət təsir göstərib.
Bundan əlavə, tədqiqatçılar qeyd ediblər ki, gündə 10 qram kərə yağı ekvivalent miqdarda bitki yağları ilə əvəz etmək xərçəngdən ölüm və ümumi ölüm riskini 17 faiz azaldır. Alimlər bu təsirin bitki yağlarının tərkibindəki doymuş yağların aşağı olması ilə bağlı ola biləcəyini irəli sürüblər.
Doymuş yağların həddindən artıq istehlakı sağlamlığa mənfi təsir göstərə bilər və ürək-damar xəstəliklərinin, piylənmənin və digər patologiyaların inkişafı ilə əlaqələndirilir.
Oxşar xəbərlər
Beynin sürətlə qocalmasının səbəbi müəyyən edildi
Yağlı qidaların qısa müddətli istehlakı beyində iltihaba və yaddaş zəifləməsinə səbəb ola bilər. BAKU.WS xəbər verir ki, ScienceDaily-nin məlumatına görə, cəmi...
