ABŞ-nin İsrail-İran münaqişəsinə müdaxilə etməsində səbəb nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
"Son açıqlamalar göstərir ki, ilkin razılıq əldə olunub, lakin bu, hərbi əməliyyatların dayanacağını söyləməyə əsas vermir".
Bunu İsrail-İran münaqişəsindəki son vəziyyəti Baku TV-yə şərh edərkən Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.
O qeyd edib ki, danışıqlar davam edir və atəşkəs prosesinin baş tutub-tutmayacağı bir neçə saat ərzində bəlli olacaq. Ekspert ABŞ-nin İsrail-İran münaqişəsinə müdaxilə etməsinin səbəbinə də aydınlıq gətirib:
"ABŞ-nin İrana zərbə endirməkdə məqsədi İsrailə dəstək olduğunu göstərmək idi. Analitiklərin fikrincə, ABŞ-nin bu addımı atmasının səbəbi əvvəldən götürdüyü öhdəliyi yerinə yetirmək və bundan qurtulmaq idi".
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub"
Forum əvvəlkildən nisbətən daha geniş proqramla çıxış edib; 4 əsas dialoq və bir neçə plenar, panel sessiyaları olmaqla cəmi 26 müxtəlif səpkidə tədbirin keçiri...