2026 - "Alovlu qırmızı at" ili kimlər üçün DÜŞƏRLİ olacaq?

Gələn il - 2026-cı il, Şərq təqviminə görə "Alovlu qırmızı at ili" olacaq. Bu il enerji, cəsarət və hərəkətliliklə yadda qalacaq. At ili 17 fevral 2026-cı ildə başlayacaq və 5 fevral 2027-ci ildə başa çatacaq.
BAKU.WS xəbər verir ki, at ili azadlıq, dəyişiklik və yeniliklər ili sayılır. Bu dövrdə risk edən, yeni yollar axtaran və qorxmadan hərəkət edən insanlar daha çox uğur qazanacaqlar.
Kimlər üçün uğurlu olacaq?
Pələng ili doğulanlar - 2026 onlar üçün liderlik və karyera baxımından yüksəliş dövrüdür. Tanınmaq, fərqlənmək və yeni layihələrə başlamaq üçün əlverişli zamandır.
İt ili doğulanlar - sosial əlaqələr və şəxsi inkişaf sahəsində önə çıxacaqlar. Yeni münasibətlər, dostluqlar və əməkdaşlıqlar bu il onlara uğur gətirəcək.
Qoyun ili doğulanlar - At ilinin alovlu enerjisi onların yaradıcılıq gücünü artıracaq. Qeyri-adi ideyalar və layihələr gerçəkləşə bilər.
Siçan ili doğulanlar - planlı və ehtiyatlı hərəkət etsələr, maliyyə və karyera baxımından qazanc əldə edə bilərlər.
Qərb bürclərinə görə Qoç, Şir və Oxatan bürcləri üçün At ili xüsusi uğurlu sayılır. Atəş elementinin təsiri bu bürclərin təbiəti ilə uyğun gəlir.
Qoçlar üçün yeni başlanğıclar, Şirlər üçün tanınmaq və parlaq uğurlar, Oxatanlar üçün səyahət və məqsədlərin gerçəkləşməsi ili olacaq.
Əkizlər bürcü isə kommunikasiya, media və yazı sahəsində parlayacaq.
Ehtiyatlı olmalı bürclər:
Buğa və Əqrəb bürcləri At ilinin sürətli axarına uyğunlaşmaqda çətinlik çəkə bilər. Astroloqlar bu bürclərə daha çevik və açıq düşüncəli olmağı məsləhət görür.
Oxşar xəbərlər
Sarımsaq və balıq yağı xroniki xəstəliklərdən qoruyur və iltihabı azaldır
Sarımsaq və balıq yağı antioksidant və iltihab əleyhinə birləşmələr ehtiva edir. Onların birlikdə qəbulu xolesterin, qan təzyiqi və qan lipidlərinin səviyyəsini...
