2026 - "Alovlu qırmızı at" ili ilə bağlı ŞOK PROQNOZ - Hansı bürcləri uğur, hansılarını çətinliklər gözləyir?

2026 - Alovlu qırmızı at ili ilə bağlı ŞOK PROQNOZ - Hansı bürcləri uğur, hansılarını çətinliklər gözləyir?
Digər 218

2026-cı il Qırmızı At ilinin enerjisi bürclərə fərqli təsir göstərəcək. Astroloqların proqnozlarına görə, yeni il bəzi bürclər üçün yüksəliş və şans, digərləri üçün isə daha çox ehtiyat tələb edən dövr gətirəcək.

BAKU.WS gələn ilin hansı bürclər üçün düşərli, hansılara isə nisbətən uğursuz olacağını təqdim edir.

Bu bürclər üçün çox yaxşı olacaq:

Qoç

Qoçlara yeni il şans, işdə irəliləyiş, pul artımı vəd edir. Bu həmçinin ev, daşınmaz əmlak, maşın almaq üçün əla il olacaq.

Şir

Yeni il karyera zirvəsi, diqqət, uğur, məşhurluq və tanınma dövrü kimi yadda qalacaq. Evlilik və sevgi baxımından güclü il olacağı gözlənilir.

Oxatan

Səyahət, yeni iş, xaricdə fürsətlər Oxatanları gözləyir. Gözlənilməz maddi gəlir qapınızı döyəcək.

Bu bürclər üçün yaxşı olacaq:

Oğlaq

Oğlaqları nüfuz artımı gözləyir. Həmçinin onlar çoxdan bezdikləri borclarını bağlayacaq.

Əqrəb

Əqrəbləri güclü dəyişikliklər, dönüş nöqtəsi və uğurlu əməkdaşlıqlar sevindirəcək.

Balıq

2026-cı il sevgidə şans, yaradıcılıq, ailə qurmaq üçün ideal dövr vəd edir.

Bir az çətin olacaq bürclər:

Qız

İşdə gərginlik, rəqabət, ünasibətlərdə anlaşılmazlıqlar yaşana bilər.

Xərçəng

Köhnə mövzular qayıda bilər. Bundan başqa, duygusal dalğalanmalar yaşana, ailə məsuliyyətləri çoxala bilər.

Tərəzi

Qərarsızlıq yüksək olacaq. Dostlarla münsibətlərdə soyuqluq mümkündür.

Daha çətin olacaq bürclər:

Əkizlər

Planlar gecikə, işdə dəyişikliklər məcburi ola bilər.

Dolça

Yorğunluq, güc toplama ili kimi yaddaqalacaq. Həmçinin işdə tempo düşə bilər.

Buğa

Pul xərcləri arta bilər. Münasibətlərdə gərginliklər istisna deyil.

Son xəbərlər