2025-ci ildə AFFA-ya 60 milyon manatdan çox vəsait daxil olub
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA-ya 2025-ci ildə 61 milyon 437 min 894 manat vəsait daxil olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə milli assosiasiyanın hesabatında bildirilib.
Bu məbləğdən 26 milyonu SOCAR-dan (AFFA Maliyyə dəstəyi), 11 milyon 128 min 500 manatı "AzərMaş"dan, 6 milyon 435 min 438 manat UEFA-dan, 5 milyon 300 min manat SOCAR-dan (Qrant Müqavilə) vəsait daxil olub.
Bundan əlavə, 4 milyon 907 min 311 manat A MYK Yayım Hüququ gəlirindən (UEFA), 2 milyon 874 min 917 manat FIFA-dan, 1 milyon 918 min manat "Paşa Sığorta"dan, 930 min manat "Paşa Həyat"dan, 500 min manat "Ensol MMC"dən, 132 min 750 manat "Carlsberg"dən, 59 min manat "Azərlotereya"dan, 1 milyon 251 min 978 manat digərlərindən qurumun hesabına köçürülüb.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...