SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda koronavirusa yoluxanların sayı 174 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

Ölkədə bu günə qədər COVID-19-dan ölənlərin sayı 2 nəfər təşkil edir.

Azərbaycanda isə bu virus daşıyıcılarının ümumi sayı 584 nəfərdir.

Koronavirusla bağlı ən qorxulu vəziyyət isə qonşu İranda müşahidə olunur. İranda COVID-2019 virusuna yoluxanların sayı 58 min nəfəri keçib. 

Digər qonşu ölkələrdən Türkiyədə 23 min 934, Rusiyada 5,389, Ermənistanda 822, Qazaxıstanda 584 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

ÖLKƏLƏR YOLUXANLAR ÖLƏNLƏR SAĞALANLAR
Azərbaycan 584 5 32
İran 58,226 3,603 19,736
Türkiyə 23,934 501 786
Rusiya 5,389 45 355
Ermənistan 822 7 57
Qazaxıstan 584 6 42
Gürcüstan 174 2 36
BAKU.WS