VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Baş naziri Giorgi Qaxaria koronavirusla mübarizəni "görünməz düşmənə qarşı müharibə" adlandırıb və ölkənin xəstəliyin sürətlə yayılması mərhələsinə keçdiyini bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə o, "İmedi" televiziyasına müsahibəsində danışıb.

"Bu, görünməyən düşmənlə müharibədir. Dövlətin, vətəndaş sektorunun və cəmiyyətin birliyi olmadan heç kimin buna qalib gəlmək şansı yoxdur. Bizim əsas vəzifəmiz koronavirusun yayılma zirvəsinin qarşısını almaqdır", -d eyə Giorgi Qaxaria qeyd edib.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti koronavirusun yayılması ilə əlaqədar aprelin 21-dək fövqəladə vəziyyət elan edib və bazar ertəsi səhər 9-dan səhər 6-dək ​​ümumi karantin və komendant saatı tətbiq edib.

İctimai nəqliyyatda, o cümlədən metroda sərnişinlərin kütləvi daşınmaması ilə bağlı məhdudiyyət qoyulub. 70 yaşdan yuxarı insanlar ən yaxın ərzaq mağazası və ya aptekə getməkdən başqa məqsədlə evlərini tərk edə bilməzlər. Ölkənin böyük şəhərlərində hərbi keçid məntəqələri qurulub.

BAKU.WS