Çinli gənc koronavirusu yenidən Uhana qaytarıb

İngiltərədə təhsil alan çinli tələbələrdən biri COVID-19 virusunu xəstəliyin yarandığı şəhərə yenidən qaytarmış şəxsə çevrilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Çinli tələbə Uhana gəlməzdən əvvəl Nyukasldan Dubaya, oradan Pekinə təyyarə ilə uçub. Çinin paytaxtındakı hava limanında ondan koronavirus üçün analiz götürülüb. Yeniyetmədə xəstəliyin əlamətləri olmasa da, cavablar sonradan müsbət çıxıb.
Avropadan gələn tələbə dərhal Uhandakı xəstəxanaya yerləşdirilib.
Rəsmi statistikaya görə, Pekində koronavirus infeksiyası hallarının əksəriyyəti İngiltərə, İspaniya və İtaliyadan gələn insanlarda aşkar olunur.
Oxşar xəbərlər
Koronavirus xəstələrini sağaltmış çinli professordan xəbərdalıq: BUNLARI YEMƏYİN! - MÜSAHİBƏ
Uhanda koronavirusla mübarizədə ön cərgədə yer alan Pekin Tibb Xəstəxanasının Tənəffüs şöbəsinin müdiri və Ağciyər Xəstəlikləri Araşdırma Mərkəzinin rəhbəri dok...
