Tramp ABŞ hərbçilərinin koronavirusu yayması iddialarına cavab verdi

Tramp ABŞ hərbçilərinin koronavirusu yayması iddialarına cavab verdi
Sosial 978

Ağ Ev rəhbəri Donald Tramp ABŞ hərbçilərinin COVID-19 virusunu yayması ilə bağlı iddialara münasibət bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə "National review" məlumat yayıb.

Donald Tramp çıxışı zamanı deyib ki, ABŞ hərbçilərinin koronavirusu yayması xəbəri həqiqəti əks etdirmir.

"Bizim hərbçilərimiz heç kəsə koronavirus yoluxdurmayıb", - deyə ABŞ prezidenti vurğulayıb.

Buna qədər martın 12-də Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Liszyan deyib ki, ölkə ərazisinə COVID-19-u ABŞ hərbçiləri gətiriblər.

Son xəbərlər