SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyada COVID-19 virusundan həyatını itirmiş şəxslərin sayı 9,053 nəfərə çatıb. 

BAKU.WS xəbər verir ki, ölkədə pandemiyaya yoluxanların sayı isə 102 min nəfəri ötüb. 

Avropada koronavirusa ən çox yoluxma halı bu günə kimi İtaliyada qeydə alınıb. Belə ki, bu ölkədə COVID-19 virusunun daşıyıcıları 105 mindən çoxdur. İspaniyadan sonra ilk üçlüyü Almaniya (72,383) qapayır. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 872 mini ötüb. Bunların 184,526 nəfəri sağalıb, 43,271 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ÖLKƏLƏR YOLUXAN ÖLƏNLƏR SAĞALANLAR
İtaliya 105,792 12,428 15,729
İspaniya 102,136 9,053 22,647
Almaniya 72,383 788 16,100
Fransa 52,128 3,523 9,444
Böyük Britaniya 25,150 1,789 135
İsveçrə 16,605 433 2,967
Belçika 13,964 828 2,132
Niderland 12,595 1,039 250
Avstriya 10,387 146 1,095
Portuqaliya 7,443 160 43
BAKU.WS