Ermənistanda koronavirusa yoluxma sayında kəskin artım qeydə alınıb

04
okt
2023
21:00
Ermənistanda koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.
Belə ki, son 7 gündə Ermənistanda 217 COVID-19 hadisəsi qeydə alınıb və bu, ötən həftə ilə müqayisədə 95 hal və ya 43,7% artım olduğunu göstərir.
Qeyd edilir ki, hazırda SARS-CoV-2 ştamının BA.2.86 (Pirola), EG.5 (Eris), XBB.1.5 (Kraken), Xbb.2.3 (Akruks) subvariantları dolaşmaqdadır.
Oxşar xəbərlər
Mütəxəssisdən xəbərdarlıq: “Koronavirusun yeni variantına vaksin kömək etməyə bilər”
Koronavirusun yeni variantı “pirola” vaksindən yayına bilər. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli məşhur həkim-infeksionist, yoluxucu...
