Virusu tələyə salan “Nano-tələlər”

Koronavirusun potensial müalicəsində istifadə olunacaq yeni nanohissəciklər yaradılıb.
BAKU.WS “newswise”a istinadən xəbər verir ki, “Nano-tələlər” adı verilən hissəciklər, Covid-19-un yayıldığı hüceyrələri izləyir və SARS-CoV-2 virusunu özünə çəkir.
Bu hissəciklər ilk olaraq siçanlar üzərində təcrübədən keçirilib.
“Nano-tələlər”in ağciyərlərə virusları buraxmadığı və onlara tamamilə mane olduğu ortaya çıxıb.
Bundan sonra nanohissəciklərin koronavirusun mutasiyaya uğrayan növləri üzərində də sınaqdan keçiriləcəyi bildirilib.
Mütəxəssislərin açıqlamalarına əsasən, bu hissəciklər bədənə yalnız tibbi sprey vasitəsilə yeridiləcək.
Oxşar xəbərlər
Koronavirus peyvəndi mutasiyaya uğrayan yeni virus üçün də keçərlidir? - AÇIQLAMA
Bütün dünyanı əhatə edən COVİD-19 pandemiyasının qarşısını almaq üçün müxtəlif şirkətlər peyvəndlər hazırlayırlar. BAKU.WS “haberler”ə istinadən xəbər verir ki,...
