Rusiyalı professordan açıqlama: Bu hal sizi aldatmasın

Rusiyalı professordan açıqlama: Bu hal sizi aldatmasın
Sosial 333

2022-ci ildə insanlıq, həqiqətən, koronavirus pandemiyasının bitdiyinə inanacaq, baxmayaraq ki, COVID-19-a yoluxma halları davam edəcək.

BAKU.WS xəbər verir ki, bu sözləri Rusiyanın Epidemiologiya və Mikrobiologiya İnstitutunun virusoloqu Anatoliy Altşteyn bildirib.

Onun fikrincə, koronavirusla bağlı insanlarda yalnış fikirlər formalaşa bilər: "Bizim əsas işimiz vaksinasiya prosesi olacaq. Amma maska və sosial məsafə bizimlə qalacaq. Vaksinasiyanı qəbul etməyənlərin peyvənd olunmuş vətəndaşlarla eyni mühitdə olacağı ciddi təhlükə yaradır.

Məsələ burasındadır ki, peyvənd olunmuş insanlar da psixoloji səbəblərə görə epidemiya əleyhinə qaydaları pozmağa başlaya bilərlər. İnsanlar elə qəbul edə bilər ki, vaksinasiya olunublarsa, təhlükəsizlik 100 faiz təmin olunub. Bu, yanlış fikir geniş yayılmış ola bilər".

Son xəbərlər