VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Çindən gətiriləcək peyvənd Türkiyədə sınaq müddətindən uğurla keçib, sınaqlarda 91,25 faiz müsbət təsiri olduğu müəyyənləşib, artıq bu peyvəndlərin təhlükəsiz olduğundan əminik”.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti toplantısından sonrakı çıxışında bildirib.

Nazir deyib ki, “SinoVac” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “CoronaVac” inaktiv peyvəndinin Türkiyəyə gətirilməsi təsdiqlənib və dekabrın 28-də Çindən idxal ediləcəyi gözlənilir:

“İnaktiv peyvəndlər ən qədim peyvənd metodudur, bu metodla ilk dəfə orqanizmin immunitetini artırmaq üçün istifadə olunmur. Yeni doğulan uşaqlara vurulan peyvəndlər də bu qrupdandır.

Ən sadə dillə desək, virus uyğun mühitlərdə çoxaldıldıqdan sonra dozası minimuma endirilərək orqanizmə yeridilir. Bu, təhlükəsizliyindən əmin olduğumuz faydalı bir üsuldur. Bundan başqa, ölkəmizdə hazırda önəm verdiyimiz 3 ayrı inaktiv peyvəndlərlə bağlı fəaliyyətlər də davam edir.

Biz də Türkiyədəki klinik tədqiqatlar nəticəsində təcrübədən uğurla keçmiş bu üsuldan istifadə edəcəyimizi bildirdik. Ölkəmizdə inaktiv peyvəndin faza-3 klinik sınağı uğurla davam edir”.

Nazir onu da qeyd edib ki, peyvəndləməyə ilk olaraq tibb işçilərindən başlanılacaq. İlk mərhələdə peyvəndləmə təxminən 9 milyon nəfəri əhatə edəcək:

“Hər gün 1,5-2 milyon insanın peyvəndlənməsi üçün tibbi təchizatımız var. Mən özüm də ilk peyvənd olunan səhiyyə işçiləri arasında yer alacam”.

F.Qoca peyvəndləmənin məcburi olmadığını qeyd edib və Türkiyədə aparılan klinik tədqiqatlarda COVID-19-un mutasiyaya uğraması hallarına rast gəlinmədiyini də vurğulayıb.

BAKU.WS