Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.
BAKU.WS “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Yayılan məlumata görə, bir gündə 2306 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 10 nəfər dünyasını dəyişib.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 68536-ə yüksəlib. Ümumilikdə Ermənistanda 1131 nəfər virusdan ölüb.
Hazırda Ermənistanda 19591 aktiv koronavirus xəstəsi var.
BAKU.WS