SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır.

BAKU.WS Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yayılan məlumata görə, bir gündə 1694 erməni COVİD-19 virusuna yoluxub. Virusdan 14 nəfər dünyasını dəyişib.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 64694-ə yüksəlib. Ümumilikdə Ermənistanda 1081 nəfər virusdan ölüb.

Hazırda Ermənistanda 15193 aktiv koronavirus xəstəsi var.

BAKU.WS