SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən etibarən bir sıra şəhər və rayonlar sərt karantin zonasından çıxarılıb.

BAKU.WS xəbər verir ki, həmin şəhərlər sırasına Gəncə, Xaçmaz və Bərdə də daxildir.

Artıq bölgələrdə sərt karantin rejiminin bir sıra məhdudiyyətləri ləğv edilib. Şəhərlərin sərt karantin zonasından çıxarılması haqqında qərar virusa yoluxma dinamikası və mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq verilib. Bundan sonra vətəndaşlardan müəyyən qaydalara əməl etmək tələb edilir.

Qeyd edək ki, bu gündən etibarən Gəncə və Mingəçevirlə yanaşı, Cəlilabad, Masallı, Yevlax şəhərləri, eləcə də Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyan rayonları da sərt karantin zonasından çıxarılıb.

BAKU.WS
VİDEO