"Binə" və "Sədərək" ticarət mərkəzləri açılsın - Bu şərtlərlə

Binə və Sədərək ticarət mərkəzləri açılsın - Bu şərtlərlə
Sosial 10097

Azərbaycanda karantin rejiminin qaydaları yumşaldıqdan sonra ölkə ərazisində bir sıra müəssisələr və obyektlər öz fəaliyyətini bərpa edib.

BAKU.WS xəbər verir ki, Azərbaycanda əhalinin böyük maraqla gözlədiyi "Binə" və "Sədərək" ticarət mərkəzlərinin fəaliyyətinə qoyulan qadağanın aradan qaldırılmasıdır.

Hələlik hər iki ticarət mərkəzinin fəaliyyəti ilə bağlı qərar verilməsə də, sosial şəbəkədə iri ticarət mərkəzlərinə olan tələbatla bağlı geniş müzakirələr aparılır.

Mövcud vəziyyətdə növbəti yumşalmalar zamanı "Binə" və "Sədərək" ticarət mərkəzlərinin fəaliyyətinin bərpa olunmasının nə qədər əhəmiyyətli olması ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədova müraciət etdik.

Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, "Binə" və "Sədərək" ticarət mərkəzləri əhali üçün böyük əhəmiyyət kəsb edir:

"Mən təklifləri artıq Milli Məclisdə vermişəm. Biz uzun müddət əhalini karantində qapalı şəraitdə saxlaya bilmərik. Birincisi, bu, onların psixoloji vəziyyətinə müəyyən qədər təsir edir. İkincisi, onlar müəyyən qədər vəsaitlə təmin olunmalıdırlar ki, problemlər yaranmasın.

Bir sözlə, insanlar işləməlidir. Bununla əlaqədar mən qərargaha müraciət etdim ki, Nazirlər Kabineti ilə birgə müəyyən qrafiklər işləsinlər, hansı müəssisələri açmaq mümkündürsə, bunu etsinlər.

Aldığım məlumata görə, restoran və kafelər, ola bilər ki, açılsın. Yəni, bu yumşalmalara getmək lazımdır. Amma yumşalmalar dövründə sanitar tədbirlər də həyata keçirilməlidir. Biz elə edə bilmərik ki, yumşalmalar aparaq, amma insanların yoluxma sayı da artsın.

Biz elə tədbirlər görməliyik ki, heç bir sahədə problem yaranmasın. Həm tibbi maska, həm dezinfeksiya, həm də sosial məsafə ilə bağlı göstərişlərə əməl olunmalıdır.

Əks təqdirdə vəziyyət yenidən gərginləşə və sərt karantin rejimi tətbiq oluna bilər. Bu həm Azərbaycan dövləti, həm də ölkə iqtisadiyyatı üçün müəyyən problemlər yaradır. Bundan əlavə insanların həyat şəraitinə də mənfi təsir göstərir. Burada ən böyük məsuliyyət bizlərin üzərinə düşür.

"Binə" və "Sədərək" ticarət mərkəzləri əhali üçün böyük əhəmiyyət kəsb edir. Çünki istər xırda, istərsə də orta və iri sahibkarlar bu mərkəzlərlə alış-veriş edirlər. Bunların açılması də növbəti yumşalmalar zamanı mümkündür. Lakin burada əsas məsələ şərtlərə əməl olunmasıdır. Koronavirusa yoluxmamaq üçün vacib olan dezinfeksiya və qoruyucu vasitələrə riayət olunmalıdır".

Ticarət mərkəzlərində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair GÖSTƏRİŞLƏR

  • Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir;
  • Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir;
  • Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbipersonalı müvafiq təlim keçməlidir;
  • Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olanvətəndaşların məsafədən termometriyası aparılmalıdır;
  • Hərarəti yüksək olan və infeksiya simptomları olan şəxslər tibb məntəqəsindəizolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurətyarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisəsinəgöndərilməlidir;
  • Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydalarımüvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.

Son xəbərlər