Avqustun 5-dən sonra bu mağazalar açıla bilər - AÇIQLAMA
"Azərbaycanda mağazaların yoluxma riskini artırması çox aşağıdır. Supermarketlərin içində insanların çox olmasına baxmayaraq bu dövrdə yoluxma artmayıb. Yoluxma yalnız sıx təmas açıq-aşkar olduqda arta bilir".
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, paltar mağazalarının açılması bir çox ölkələrdə yoluxma sayının artmasına səbəb olmayıb:
"Çünki paltar mağazalarına yalnız ehtiyacı olanlar gedir. Amma istənilən halda bu mağazalarda maskadan istifadə və gigiyena qaydalarına riayət olunması təmin edilməlidir".
Qeyd edək ki, bəzi şəhər və rayonlarda tətbiq edilən sərtləşdirilmiş karantin rejmi avqust ayının 5-də, ölkə üzrə xüsusi karantin rejmi isə 31-də sona çatacaq. Avqustun 5-dən sonra Bakı və digər bölgələrdə karantin rejimi ilə bağlı bəzi yumşalmaların olacağı gözlənilir.
Oxşar xəbərlər
Avqustun 5-i ilə bağlı TƏBİB rəsmisindən AÇIQLAMA
Virusa yoluxanların sayı azalan tendensiya ilə davam edərsə, Azərbaycanda sərt karantin rejmi yumuşaldıla bilər. BAKU.WS milli.az-a istinadən xəbər verir ki, TƏ...