VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərt karantin rejimi tətbiq edilən Yevlax rayonunda qanunsuz fəaliyyət göstərən çayxana aşkar olunub.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

Obyektə baxış zamanı 12 nəfərin qayda pozuntusuna yol verdiyi aşkarlanıb və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək, onlar cərimə olunublar.

Qeyd edək ki, ötən gün rayon ərazisində qanunsuz fəaliyyət göstərən trenajor zalı da aşkarlanmışdı.

BAKU.WS