Rusiyada yaşayan azərbaycanlı müğənni koronavirusa yoluxdu - VİDEO

Rusiyada “Bahh Tee” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Bəxtiyar Əliyev koronavirusa yoluxub.
BAKU.WS xəbər verir ki, sənətçi bu barədə sosial hesabında məlumat verib.
O, "İnstagram"da canlı yayım açaraq koronavirusa yoluxduğunu və ünsiyyətdə olduğu insanları yoluxdurduğundan narahatlığını bildirib:
“Koronavirus mənə də çatdı. Təəssüf ki, son günlərdə çox sayda insanla təmasda olmuşam. Dünən hipermarketdə oldum, bir neçə nəfər mənimlə şəkil çəkdirdi. Hamısı maskalı idi, amma şəkil çəkdirəndə çıxardılar. Buna görə də bu insanlarla necə əlaqə quracağımı bilmirəm, yalnız bu şəkildə onlara xəbərdarlıq edə bilərəm.

Bahh Tee-nin Bakıya həsr etdiyi klipini təqdim edirik. Klipdə Xalq artisti Alim Qasımovun da səsi eşidilir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
