SİZİN REKLAM BURADA!
055 213 76 73


Bunu etiraf edək ki, bir çox vətəndaşlar COVİD-19-un əlamətlərini hiss edənə qədər onu başqalarına bildirməkdən çəkinirlər.

BAKU.WS-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, belə şəxslər xəstəxanaya yerləşdiriləcəklərindən, planlaşdırdıqları işi görə bilməyəcəklərindən ehtiyat edirlər. Buna görə də bu xəstəliyi müəyyən müddət gizli saxlayırlar: “Onlar özbaşına müalicə tədbirləri görür və müəyyən nəticə gözləyirlər. Nəzərə almalıyıq ki, koronavirusa yoluxma zamanı xəstənin vəziyyətinin dəyişməsi qısa zaman ərzində baş verə bilər. Bu əlamətləri görən kimi həkimə müraciət etməyi tövsiyə edirəm”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva da özünü xəstə hiss edənlərin mütləq şəkildə məlumat verməli olduğunu bildirib.

Onun sözlərinə görə, evdə özünü xəstə hiss edən şəxslər mütləq xəstəxanaya müraciət etməlidir: "Artıq poliklinikalarımız bu barədə hazır vəziyyətə gətirilib. Biz evdə kiminsə yoluxmasını bilə bilmərik. Bunun üçün vətəndaş evindəkilərini nəzərə almalı və müraciət etməlidir".

BAKU.WS