SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycan milli və qlobal səviyyədə koronavirusla mübarizəyə öz töhfəsini verir”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya miqyasında koronavirusla vəziyyət ürəkaçan deyil:

“Dünyada bunun nə vaxt başa çatacağı bilinmir. Koronavirus dünya miqyasında fəsadlara yol açır. Bu günə qədər dünyada hərbi münaqişələr, konfiliktlər mövcud idi. Burada ən başlıca məqam isə insanların həyatıdır. Dünya miqyasında koronavirus müharibə kimi qəbul edilməlidir”.

BAKU.WS