Ramin Bayramlı istefa verib? - RƏSMİ AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı istefa verməyib və hazırda iş başındadır.
BAKU.WS-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, TƏBİB-də Covid-lə mübarizə ilə bağlı hazırda layihələr həyata keçirilir və Ramin Bayramlı həmin layihələrə rəhbərlik edir: "Bu gün Türkiyədən həkimlər dəvət olunub və Ramin Bayramlı onlarla birlikdə COVİD-19-la mübarizə istiqamətində çalışır. Hazırda Ramin Bayramlı xəstəxanalarda xəstələrin vəziyyətini şəxsən nəzarətdə saxlayır".
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxan xəstəyə yaxınları və qonşuları baş çəkməyə yığılıblar - VİDEO
“Rayonların birində koronavirusa yoluxan xəstəyə yaxınları və qonşuları baş çəkməyə yığılıb”. BAKU.WS xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəet...
